Avropalıların yalnız 11 faizi ABŞ ni müttəfiq hesab edir ECFR sorğusu

10.06.2026

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 10 iyun, AZƏRTAC

Avropalıların yalnız 11 faizi Birləşmiş Ştatları onların maraqlarını və dəyərlərini bölüşən müttəfiq sayır, əksəriyyət isə hücum olacağı təqdirdə Vaşinqtonun onlara kömək etməyə hazır olduğuna şübhə ilə yanaşır.

AZƏRTAC xəbər verir ki, bu fikir Avropanın ECFR analitik mərkəzinin keçirdiyi sorğunun nəticələrində əksini tapıb.

Sorğu may ayında Almaniya, Fransa, İtaliya, Polşa, İspaniya və Böyük Britaniya da daxil olmaqla, 15 Avropa ölkəsində aparılıb. Sorğuya əsasən, ABŞ-ni müttəfiq hesab edənlərin sayı 2024-cü ilin noyabr ayındakı 22 faizdən hazırda 11 faizə düşüb. Respondentlərin əksəriyyəti Avropaya hücum halında Birləşmiş Ştatların onlara hərbi yardım göstərəcəyinə şübhə etdiyini bildirib.

Eyni zamanda, sorğu Avropanın öz müdafiə qabiliyyətini gücləndirilməsinə dəstəyin artdığını göstərib. Belə ki, rəyi soruşulanların təxminən 50 faizi hərbi xərclərin maliyyələşdirilməsi üçün Aİ-nin birgə fəaliyyət göstərməsinə və Amerika silahlarından asılılığın azaldılmasına tərəfdar çıxıb. NATO-nu əvəz edəcək Avropa müdafiə sisteminin yaradılması ideyası isə geniş dəstək almayıb.

Respondentlərin əksəriyyəti hesab edir ki, Donald Tramp vəzifəsindən getdikdən sonra Avropa ilə ABŞ arasında münasibətlər yaxşılaşa bilər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью