Avropanı bürüyən YANĞIN Trampı narahat etdi

01.11.2026

Icma.az, Sherg.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ prezidenti amerikalıları Avropadan nəticə çıxarmağa çağırdı

ABŞ prezidenti Donald Tramp Avropa ölkələrində baş verən hadisələrdən narahatlığını ifadə edib. O, Avropa İttifaqı ölkələrindəki iğtişaşlar fonunda amerikalıları ayıq olmağa çağırıb.

Sherg.az xəbər verir ki, Donald Tramp bu barədə özünün sosial şəbəkə hesabında paylaşım edib.

ABŞ lideri fikirlərini əks etdirən təsvir də yayımlayıb. Şəkildə əlində məşəl tutan bir şəxsin ABŞ bayrağının göründüyü otağa daxil olduğu əks olunub. Yan tərəfdə isə Avropa ölkələrinin adlarının yazıldığı və alovlar içində olan otaqlar təsvir edilib.

Donald Tramp şəklin yuxarı hissəsində ABŞ-a ayılmaq çağırışı edən qeyd əlavə edib.

ABŞ prezidenti Avropanın əsas probleminin immiqrasiya olduğunu da bildirib. Onun sözlərinə görə, bu problem Avropa İttifaqı ölkələrində son dərəcə böyük miqyas alıb.

Tramp hesab edir ki, bu məsələni çoxdan həll etmək lazım idi. İndi isə Avropa ölkələri kəskin etiraz aksiyaları ilə üzləşirlər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью