Qaynarinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Almaniya, Fransa və Qərbi Avropanın digər ölkələri bu günlərdə aşağı təzyiq zonasına düşəcək.
Mütəxəssislər "bombov siklon” və ya "meteo bomba” adlanan güclü atmosfer hadisəsinin yaranacağı barədə xəbərdarlıq ediblər.
Qaynarinfo xəbər verir ki, "Euronews"un məlumatına görə, meteoroloqlar Atlantik okeanı üzərindən keçəcək güclü fırtına proqnozlaşdırırlar.
O, Biskey körfəzi, La-Manş və Şimal dənizi arasındakı ərazidən keçərək materikin daxilinə doğru hərəkət edəcək.
Şiddətli küləklər və leysan yağışlar gözlənilir. "Güclü fırtına dünən axşam Fransanın Atlantik sahillərinə çatıb.
Təxminən gecə yarısı aşağı təzyiq mərkəzi La-Manşa yetişəcək.
Hadisə həmçinin İspaniyaya da təsir göstərəcək, Biskey körfəzində küləyin sürəti 130 km/saata çatacaq”, deyə nəşr yazır.