Avropanı qəzəbləndirəcək addım: Fitso Moskvadakı tədbirə böyük heyətlə gələcək

15.01.2025

Icma.az bildirir, Publika.az saytına əsaslanaraq.

Slovakiyanın Baş naziri Robert Fitso mayın 9-da böyük nümayəndə heyəti ilə Moskvada olacaq.

Publika.az xəbər verir ki, Robert Fitso Qələbənin 80-ci ildönümünü qeyd etmək üçün Rusiya paytaxtına gələcək. O, mayın 9-da keçiriləcək Qələbə Paradında iştirak edəcək. Bu haqda məlumatı Slovakiaya parlamentinin vitse-spikeri Tibor Qaspar verib.

Onun sözlərinə görə, gözlənilən səfər artıq Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodinlə müzakirə edilib.

Adəm Abbaslı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью