Avropanı Rusiya ilə müharibəyə hazırlaşmağa çağırdı

12.03.2025

Icma.az, Unikal.az portalına istinadən məlumatı açıqlayır.

Avropa Komissiyası Avropa İttifaqı ölkələrini müharibənin qarşısını almaq üçün potensial münaqişələrə hazırlaşmağa çağırıb.

"Unikal" TASS-a istinadən xəbər verir ki, bu sözləri Avropanın müdafiə məsələləri üzrə komissarı Andrius Kubilyus deyib.

“Avropa müharibənin qarşısını almaq üçün müharibələrə hazırlaşmalıdır” deyən Kubilyus, Rusiyanın guya beş il ərzində və hətta daha tez NATO ilə silahlı qarşıdurmaya hazır ola biləcəyini vurğuladı.

Lakin o, belə bir münaqişənin Rusiyaya nə üçün lazım ola biləcəyini açıqlamayıb. İddia edib ki, bütün Avropa Rusiyanın təcavüzü təhlükəsi altındadır və bütün region ölkələri cəbhəyanı ölkələr hesab olunur.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью