Avropanı Rusiyaya asılılıqdan qurtarmaq üçün mühüm tədarük

07.02.2025

Oxu.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Avstraliya ehtimala görə, 2022-ci ildən bəri ilk dəfə olaraq LNG (mayeləşdirilmiş təbii qaz) partiyasının olduğu gəmini Avropaya göndərib.

Oxu.Az "Bloomberg" agentliyinə istinadla xəbər verir ki, "Elisa Ardea" adlı gəmi bu yaxınlarda Avstraliyada LNG istehsalı üzrə zavodunun yaxınlığına yan alıb.

O, buradan Fransanın Dünkerk limanına istiqamət almalıdır.

Məlumatda qeyd olunur ki, bu cür tədarüklər Avropaya Rusiya yanacağını əvəzləmək üçün lazımdır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью