Avropanı “siyasi şizofreniya”da ittiham etdi

23.10.2026

Icma.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Rusiya Prezidenti Vladimir Putin Avropada Rusiyadan gələn təhlükə və Moskva ilə mümkün müharibə barədə səsləndirilən fikirləri “siyasi şizofreniya” adlandırıb. O, Rusiyanın Avropa ilə müharibəyə hazırlaşmadığını, Ukrayna münaqişəsinin həlli üçün isə danışıqlara açıq olduğunu bildirib.

“Qafqazinfo” xəbər verir ki, Putin bu barədə “Vesti” telekanalının jurnalisti Pavel Zarubinlə söhbətində danışıb.

Rusiya lideri Avropa ölkələrinin Moskvanı təhlükə kimi təqdim etməsini tənqid edərək bildirib ki, Rusiya ilə müharibəyə hazırlıq barədə danışmaq məntiqsizdir. Onun sözlərinə görə, bu yanaşmanın zamanla dəyişəcəyinə ümid edir.

Putin Rusiyanı döyüş meydanında məğlub etməyin və ölkəyə strateji məğlubiyyət yaşatmağın mümkün olmadığını da iddia edib. Onun fikrincə, Rusiyanın zəiflədilməsini hədəfləmək əvəzinə, onunla dinc yanaşı yaşamaq digər ölkələrin maraqlarına uyğundur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью