Avtosfer saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
2030-cu ildə Avropada istismar müddəti başa çatmış 1 milyondan çox elektromobil batareyasının utilizasiyası zərurəti yaranacaq.
Avtosfer.az xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyi məlumat yayıb. Elektromobil satışı artdığı üçün batareya tullantıları da artır. Bu il qitədə 1,2 milyon elektromobil satılıb. Yaxın illərdə onların batareyalarının emalı zərurəti yaranacaq.
Azərbaycanda da vəziyyət fərqli deyil. Avropalı ekspertlər indidən hazırlıq görməyi zəruri sayırlar. İndiki texnologiyalar batareyaların emalına imkan versə də, baha başa gəlir. Səmərəli olmaq üçün ucuzlaşma zəruridir.
Vüqar