Avropanın 10 ölkəsi Rusiya qazının idxalına tam qadağa tələb edir | Icma.az
Ayna portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Sənədi Litva, Latviya, Estoniya, Danimarka, Çexiya, Polşa, Rumıniya, İsveç, İrlandiya və Finlandiya imzalayıb Avropa İttifaqının (Aİ) 10 ölkəsi Rusiyadan bütün qaz idxalına mümkün qədər tez son qoymağı tələb edib.
Ölkələr Rusiyadan istənilən qazın – həm boru kəməri, həm də mayeləşdirilmiş qazın idxalını qadağan etməyi təklif ediblər.
AYNA xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Tam qadağaya alternativ olaraq, Aİ tərəfindən 2022-ci ildə qəbul edilmiş “RePowerEU” strategiyasına uyğun olaraq idxalın mərhələli şəkildə azaldılması təklif olunur.
O, Aİ-nin 2027-ci ilə qədər Rusiya qazından tamamilə imtina etməsini, digər təchizatçılara keçməsini və bərpa olunan enerji mənbələrindən istifadəni genişləndirməsini nəzərdə tutur.
Lakin sənəd müəllifləri bu prosesin mümkün qədər sürətləndirilməsini tələb edirlər.
Sənədi Litva, Latviya, Estoniya, Danimarka, Çexiya, Polşa, Rumıniya, İsveç, İrlandiya və Finlandiya imzalayıb.
Tam oxu
Xəbəri oxu