Avropanın 3 ölkəsinin İsrailə etirazı

25.09.2026

Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

“Haaretz” qəzetinin verdiyi məlumata görə, Avropa ölkələrində qoyulan məhdudiyyətlər İsrailin Hərbi Dəniz Qüvvələrinin hərbi gəmilər və sualtı qayıqlar əldə etməsinə mane olur. Norveç, Danimarka və Fransa da daxil olmaqla, bir neçə Avropa ölkəsi hazırda Almaniya gəmiqayırma zavodlarında İsrail üçün sualtı qayıqlar və korvetlərə nəzərdə tutulan müdafiə komponentlərini təchiz etməkdən boyun qaçırıb. Qeyd olunur ki, İsrail əvvəllər üçüncü ölkələrdən istifadə etməklə bu cür məhdudiyyətləri aşmağa çalışsa da, indi bu seçim xeyli məhdudlaşıb.

XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью