Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, ABŞ təmsilçilərinin ona Donald Tramp, Si Cinpin və Vladimir Putin arasında Çindəki danışıqlar barədə məlumat verməsini gözləyir.
Məlumatı “Euronews” verib.
Görüşdən əvvəl Tramp nüvə silahlarının məhdudlaşdırılması və Ukraynadakı müharibəyə son qoyulması məsələsini qaldırmaq niyyətində olduğunu bildirib.
Axşam videomüraciətində xalqa müraciət edən Zelenski deyib: “Biz və avropalılar aydın və ortaq mövqeyə malikik: Ukrayna ilə bağlı məsələlər Ukraynanın, Avropa ilə bağlı məsələlər isə Avropanın iştirakı ilə həll olunmalıdır”.
Ukrayna lideri bildirib ki, ABŞ elçiləri Kiyevə cümə axşamı Berlində keçiriləcək görüşlərdə Trampın Çindəki danışıqları barədə hesabat təqdim edəcəklərinə söz veriblər. O əlavə edib ki, Ukrayna hazırda Çindəki digər tərəfdaşlarından da məlumat alacaq.
Tramp, Putin və Si Cinpin Şençjendə keçirilən üçtərəfli sammitin başa çatmasından bir neçə saat sonra Almaniya, Fransa və Britaniya Berlində danışıqlar aparacaqlar. Berlin görüşündə 30-dan çox Avropa liderinin, eləcə də Ukrayna prezidenti və ABŞ səfirləri Cared Kuşner və Stiv Uitkoffun iştirakı gözlənilir.
P.ƏMİRCANOV
XQ