Avropanın 4 böyük ölkəsindən Qəzza açıqlaması

08.03.2025

Axar.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Fransa, Almaniya, İtaliya və Böyük Britaniya Ərəb Dövlətləri Liqasının fövqəladə sammitində qəbul edilən və fələstinlilərin Qəzza zolağından didərgin düşməsinin qarşısını alacaq yenidənqurma planını dəstəklədiklərini bildiriblər.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

“Bu plan Qəzzanın yenidən qurulması üçün real yol xəritəsini təqdim edir və həyata keçiriləcəyi təqdirdə Qəzzada fələstinlilərin ağır həyat şəraitini sürətlə və davamlı şəkildə yaxşılaşdıracağını vəd edir”, - adıçəkilən ölkələrin nazirlərinin birgə bəyanatında bildirilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью