Avropanın altı ölkəsinin daxili işlər nazirləri miqrasiyaya qarşı mübarizəyə dair müzakirə…
Icma.az, Yeniazerbaycan portalına istinadən məlumatı açıqlayır.
Almaniya, Fransa, Polşa, Danimarka, Çexiya və Avstriyanın daxili işlər nazirləri Avropa İttifaqının (Aİ) miqrasiya siyasətində birgə mövqeyin gücləndirilməsi və qanunsuz miqrasiyanın qarşısının alınması istiqamətində konkret tədbirlər barədə razılığa gəliblər.
AZƏRTAC xəbər verir ki, razılıq Almaniyanın ən hündür zirvəsində - Zuqşpitsedə keçirilən sammitdə əldə olunub.
Müzakirələrdə Aİ-nin miqrasiya üzrə komissarı Maqnus Brunner də iştirak edib.
Almaniyanın daxili işlər naziri Aleksandr Dobrindt miqrasiya siyasətində daha sərt və sürətli yanaşmanın vacibliyini vurğulayıb.
Ölkəsinin Aİ-də məsuliyyətli rol oynamaq niyyətində olduğunu bəyan edən nazir deyib: “Biz göstərmək istəyirik ki, Almaniya artıq miqrasiya məsələsində Aİ-də əyləc deyil, lokomotivdədir”.
A.Dobrindt əsas prioritetlər arasında Aİ-nin xarici sərhədlərinin gücləndirilməsi və sığınacaq müraciəti rədd edilən şəxslərin üçüncü ölkələrə sürətli qaytarılması məsələsinin yer aldığını vurğulayıb.
Bildirib ki, effektiv geri qaytarmalar balanslı və ədalətli miqrasiya siyasətinə ictimai inamın əsas şərtidir.
Tam oxu
Xəbəri oxu