Avropanın bizə münasibəti siyasi terrorizmdir Kaladze

18.07.2026

Icma.az, Axar.az portalına istinadən məlumat verir.

Avropa bürokratiyasının Gürcüstan dövlətinə münasibəti siyasi terrorizmin bariz nümunəsidir.

Axar.az xəbər verir ki, bu sözləri "Gürcü Arzusu - Demokratik Gürcüstan" partiyasının baş katibi və Tiflis meri Kaxa Kaladze deyib.

"İctimaiyyətə siyasi terrorizmin nə olduğunu izah etmək üçün Avropa bürokratiyasının Gürcüstan dövlətinə münasibəti bariz nümunədir. Bu, başqa bir dövlətə necə yanaşmamağın bariz nümunəsidir. Biz müstəqil, suveren dövlətik", - Kaladze bildirib.

Onun sözlərinə görə, Avropa bürokratiyasına inam onların qərarları, bəyanatları və Gürcüstan dövlətinə qarşı ədalətsiz münasibəti səbəbindən daim azalır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью