Avropanın bu ölkəsində ilk qadın prezident seçildi

02.11.2026

Icma.az xəbər verir, Olke.az saytına əsaslanaraq.

Ölkə.az xəbər verir ki, “Alpha Research” şirkətinin keçirdiyi exit-poll nəticələrinə əsasən, o, səslərin 57,4 faizini toplayıb.

İ.Yotovanın əsas rəqibi Andrey Gyurov isə 39,6 faiz səs yığıb.

Qələbəsini paytaxt Sofiyada Milli Mədəniyyət Sarayında elan edən İ.Yotova ona dəstək verən və verməyən bütün vətəndaşlara təşəkkür edib. O, cəmiyyətdəki narahatlıqları anlamaq və ölkənin qarşısında duran problemləri qiymətləndirmək üçün hərtərəfli təhlil aparacaqlarını bildirib.

İ.Yotova çıxışında rəqibi Andrey Gyurovun da onu qələbə münasibətilə təbrik etmək üçün zəng etdiyini açıqlayıb.

Qeyd edək ki, İliana Yotova Rusiya ilə münasibətlərin yaxşılaşdırılmasının tərəfdarı olması və Ukraynaya hərbi yardım göstərilməsinə qarşı mövqeyi ilə tanınır.
Vitse-prezidentliyə seçildiyi bildirilən Kiril Valçev isə çıxışında Bolqarıstanda demokratiyanın qorunmasının və bütün vətəndaşların maraqlarının təmsil olunmasının əsas prioritetlərindən olacağını vurğulayıb.

Baş nazir Rumen Radev də Yotova və Valçevi qələbə münasibətilə təbrik edib. O, Bolqarıstanın çətin dövründə Yotovaya ölkəyə layiq prezident olacağına inandığını bildirib.

Mürtəza
 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью