Avropanın ən böyük aktiv vulkanı yenidən oyandı

09.02.2025

Icma.az bildirir, Modern.az portalına istinadən.

Avropanın ən böyük aktiv vulkanı olan Etna yenidən oyanıb.

Modern.az xəbər verir ki, İtaliyanın cənubunda, Siciliya adasındakı vulkanın “Yeni ağız” adlı kraterindən lava axını müşahidə edilib.

Hündürlüyü təxminən 3330 metr olan Etnanın püskürdüyü kül və toz dumanı vulkanın ətəyindəki yaşayış məntəqələrində böyük əraziyə yayılıb.

Vulkanda sonuncu dəfə lava axını ötən ilin sentyabrında baş vermişdi.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью