Avropanın ən böyük bankları: Fransa bankları liderdir

23.07.2026

Banco.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Müəllif: Gülnar Əhmədli, Banco.az

Dünyanın ən məşhur və böyük bankları əsasən ABŞ-da yerləşir. Avropanın ən böyük bankları arasında isə Fransa bankları üstünlük təşkil edir.

Banco.az S&P Global-ın məlumatlarına əsasən xəbər verir ki, Fransadan ilk 10-luqda beş bank yer alır. Avropanın ümumi aktivlərinə görə ən böyük bankı isə 3,3 trilyon dollarlıq aktivlərlə BNP Paribas-dır:

BNP Paribas (Fransa): 3,279 trilyon dollar

HSBC (Böyük Britaniya): 3,212 trilyon dollar

Credit Agricole Group (Fransa): 3,149 trilyon dollar

Banco Santander (İspaniya): 2,252 trilyon dollar

Barclays (Böyük Britaniya): 2,078 trilyon dollar

Groupe BPCE (Fransa): 1,987 trilyon dollar

Societe Generale (Fransa): 1,813 trilyon dollar

Deutsche Bank (Almaniya): 1,685 trilyon dollar

UBS Group (İsveçrə): 1,617 trilyon dollar

Credit Mutuel Group (Fransa): 1,442 trilyon dollar

BNP Paribas 2000-ci ildə Fransanın iki böyük bankı olan BNP və Paribasın birləşməsi nəticəsində yaradılıb. Fransa ilk 10-luqda BNP Paribas-la yanaşı, Credit Agricole, Groupe BPCE, Societe Generale və Credit Mutuel bankları ilə də təmsil olunur.

Böyük Britaniyanın HSBC və Barclays bankları siyahıda ikinci və beşinci yerləri tutur. Almaniyanın isə ilk 10-luqda yalnız Deutsche Bankı var. 

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью