Avropanın ən böyük “Lego” sərgisi açıldı

21.09.2026

Kulis.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Avropanın ən böyük "Lego" maketləri sərgisi Portuqaliyanın paytaxtı Lissabondakı "Cordoaria Nacional" məkanında ziyarətçilərə qapılarını açıb.
Kulis.az xəbər verir ki, 2 min kvadratmetrlik ərazini əhatə edən ekspozisiyada 15 milyondan çox rəngli blokdan istifadə olunaraq 120-dən çox müxtəlif model hazırlanıb.
Sərgidə 1:7 miqyasında yığılmış 11 metr uzunluğundakı "Air Force One" Boeing 747 təyyarəsi, 700 min hissədən ibarət "Dənizlər Kralı" gəmisi, nəhəng dinozavr və əjdaha fiqurları ilə yanaşı, "Star Wars", kinematoqrafiya və idman mövzularına həsr olunmuş bölmələr yer alır.
Qeyd edək ki, indiyədək 11 Avropa ölkəsini gəzən sərginin növbəti dayanacaqları Porto, Madrid və Barselona şəhərləri olacaq.

"Gözümü bir qızın gözündə görsən..." - Günün şeiri "Oasis" qrupunun 100 saatlıq səs arxivi hərraca çıxarılır Dünya şöhrətli yapon rəssamla son vida - Yayoi Kusama kim idi?
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью