Reyting.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Norveç Krallığının paytaxtı Oslo şəhəri Avropanın ən yaşıl şəhəri seçilib. Bu il keçirilmiş sorğuda iştirak edənlərin ümumi rəyinə əsasən Oslo təmiz havası, geniş yaşıllıq ərazisi və ictimai parklarına görə yüksək qiymət alıb.
Reyting.az-ın məlumatına görə, araşdırmalardan məlum olub ki, bu şəhərə gələn turistlərin əksəriyyəti daha çox açıq hava istirahətlərinə və xüsusi yaşıllıq effekti yaradan məkanlara üstünlük verirlər. Bu maraq isə son bir il ərzində "dünyanın ən yaşıl şəhəri" axtarışlarının artmasına səbəb olub.
Beləliklə, Norveçin paytaxtı Oslo Avropa şəhərləri sırasında 77,3 bal toplamaqla, reytinq cədvəlində lider kimi önə çıxa bilib.
Qeyd edək ki, "Iglu Cruise" şirkətinin turizm sahəsində ixtisaslaşmış peşəkarlar və bir qrup ekspertlərlə hazırladığı "Yaşıl Şəhərlər İndeksi"nə ekoloji şəraiti, təbiəti və müasir həyata uyğunlaşdırılmış 10 şəhər daxildir.
Hesabatda qeyd edilib ki, Oslo sakinlərinin 95 faizi yaşıllıq sahəsinə daha yaxın ərazidə, 300 metr məsafədə yaşayırlar. Daha sonra vurğulanıb ki, ümumiyyətlə, bu şəhərdə köhnə parklanma yerləri belə getdikcə "cib parkları"na çevrilməyə başlayıb. Ekspertlərə görə, bu göstərici kiçik parkların gələcəkdə artırılmasından xəbər verir.
Bildirilir ki, Osloda dünyada ilk "arı yolu", yəni gül-çiçəkli, arılar üçün nəzərdə tutulmuş dəhliz də yaradılıb.
Yaşıllıqla əhatə olunmuş Oslo şəhəri tərkcə qədim Kral Sarayı Parkı ilə deyil, həmçinin dünyanın ən böyük və zəngin heykəltəraşlıq parkı Vigeland Parkı ilə də məşhurdur.
Oqtay QORÇU