Report.az portalından verilən məlumata əsasən, Icma.az bildirir. Qalib olacağımı gözləyirdim.
Bunu “Report”a açıqlamasında Azərbaycanın minifutbol yığmasının və “Birbaşa Bakı” komandasının üzvü Elvin Əlizadə Avropada 2024-cü ilin ən yaxşı yarımmüdafiəçisi adına layiq görülməsi barədə danışarkən deyib.
Futbolçu Çempionlar Liqasında yaxşı çıxış etdiyini vurğulayıb: “Əlbəttə, sevindirici haldır.
Futbol oynayırıqsa, ən yaxşı seçilmək hər kəsin arzusudur. Qismət oldu, sevinc içindəyəm. Qalib olacağımı gözləyirdim.
Çünki Çempionlar Liqasında çox yaxşı çıxış etmişdim. Dünya və Avropa çempionatlarında da normal oynamışdım. Ona görə də inanırdım.
Düzdür, seçimlər internet üzərindən idi. Seçilməyə də bilərdim”.
O, Azərbaycanda keçiriləcək minifutbol üzrə dünya çempionatının qalibi olmağı hədəflədiyini də bildirib: “Qarşıdakı hədəf dünya çempionatını qazanmaqdır.
Yarış Azərbaycanda keçiriləcək. Məsuliyyətlə yanaşacağıq, çempionluğu hədəfləmişik. Çempionluğa 4 namizəddən biriyik”.