Avropanın enerji təhlükəsizliyi Türkiyədə müzakirə edildi

13.05.2026

Icma.az, Olke.az portalına istinadən məlumatı açıqlayır.

Türkiyədə Avropanın enerji təhlükəsizliyi müzakirə edilib.

"Ölkə.az" xəbər verir ki, bunu Türkiyənin energetika naziri Alparslan Bayraktar "X" sosial şəbəkə hesabında yazıb.

"Belçikanın xarici işlər naziri Maksim Prevo və onun nümayəndə heyəti ilə görüşdük, Avropanın enerji təchizatının təhlükəsizliyini, enerji keçidi prosesindəki qlobal axsamalar səbəbindən yaranan yeni ehtiyacları, həmçinin Türkiyə və Belçika arasındakı potensial əməkdaşlıq sahələrini müzakirə etdik", - o qeyd edib.

A. Bayraktarın sözlərinə görə, görüşdə bərpa olunan mənbələrdən təbii qaza, nüvə enerjisinə və yerli karbohidrogen istehsalına qədər bütün sektorları əhatə edən çoxölçülü bir yanaşma ortaya qoyulub:

"Təchizat təhlükəsizliyini gücləndirən, texnologiyalara istiqamətlənmiş və uzunmüddətli dəyər yaradan tərəfdaşlıqlara açıq yanaşma ilə, enerji sektorunda beynəlxalq əməkdaşlığı daha qabaqcıl əsasda inkişaf etdirməyə çalışırıq.

Qarşıdan gələn dövrdə iki ölkə arasındakı qarşılıqlı dialoqun daha konkret əməkdaşlıq sahələri ilə dərinləşdirilməsinə böyük əhəmiyyət veririk".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью