Avropanın gələcəyi “qaranlıq”dır

12.11.2026

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Avropa İttifaqı qlobal təsirini və iqtisadi çəkisini gündən-günə itirərək sürətlə tənəzzülə doğru irəliləyir. Brüssel isə mövcud vəziyyəti düzəltməkdə aciz görünür və bu istiqamətdə konkret fəaliyyət planına malik deyil. Bu barədə Fransada nəşr olunan “Valeurs Actuelles” jurnalı yazıb. Nəşr qeyd edir ki, son aylar Avropanı bürüyən kütləvi etirazlar təsadüfi xarakter daşımır, onlar illər ərzində yığılıb qalmış, lakin həlli istiqamətində lazımi addımlar atılmamış problemlərin nəticəsidir. Ekoloji siyasətini dünyaya tətbiq etməyə çalışan Avropanın hazırda dünya üzrə Günəş panelləri istehsalındakı payı cəmi 1 faiz təşkil edir. “Avropa ciddi demoqrafik problemlə üz-üzədir. BMT-nin proqnozlarına görə, Yer kürəsinin əhalisinin 2050-ci ildə 9,67 milyard nəfərə çatacağı gözlənilir. Növbəti 25 il ərzində dünya əhalisinin sayı təxminən 1,5 milyard nəfər artacaq. Avropada isə bu müddət ərzində əhalinin sayının 745 milyondan 703 milyona qədər azalacağı proqnozlaşdırılır”, - nəşr yazır.

XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью