Icma.az, Turkstan.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen bildirib ki, Avropanın gücü və müstəqilliyinin sınağa çəkildiyi bir dövrdə genişlənmə ilə bağlı qəbul edilən qərarlar qitənin gələcək nəsillər üçün taleyini müəyyənləşdirəcək.
Turkustan.az xəbər verir ki, o, bu fikirləri Brüsseldə keçirilən Avropa Genişlənmə Forumunun açılışında səsləndirib.
Fon der Leyen çıxışında 30 il əvvəl Avropanın ən böyük genişlənmə dalğası zamanı bu fikri səsləndirmiş Çexiyanın sabiq prezidenti Vatslav Haveldən sitat gətirib:
"Avropalılar öz qitələrinin gələcəyini formalaşdırmırlarsa, bunu başqaları edəcək".
Avropa Komissiyasının rəhbəri vurğulayıb ki, Havel genişlənmənin yalnız Avropa İttifaqına qoşulmaq istəyən ölkələrin arzusu olmadığını, eyni zamanda bütövlükdə Avropanın maraqlarına xidmət etdiyini anlayırdı.
Fon der Leyenin sözlərinə görə, Avropa bu gün yenidən həlledici mərhələdədir. O qeyd edib ki, artıq azadlığı adi və təminatlı bir dəyər kimi qəbul etmək olmaz.
AYtən Yaşar/ Turkustan.az