Avropanın heyran olduğu futbolçu Qalatasaray da

02.09.2025

Metbuat portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Qalatasaray" yarımmüdafiəçi transferində uğur əldə etmək üzrədir.

Metbuat.az xəbər verir ki, "Qalatasaray" “Mançester Siti”nin ulduz yarımmüdafiəçisi İlkay Gündoğan üçün illik 5 milyon avro maaş təklif edib. “Aspor”unxəbərinə görə, tərəflər razılıq əldə edib. "Qalatasaray" transferi yekunlaşdırmaq üçün İngiltərəyə heyət göndərib. İlkay Gündoğanın Türkiyəyə gəlmək üzrə olduğu irəli sürülüb.

Qeyd edək ki, İlkay Gündoğan bu mövsüm "Mançester Siti"nin heyətində 4 oyuna 2 qol vurub və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью