Icma.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bir neçə gün öncə Tbilisidə erməni, azərbaycanlı və gürcü “fəalların” COP29-a qarşı aksiya keçirməsi birmənalı qarşılanmayıb.
Etirazlar zamanı iştirakçılar Azərbaycanı xaricdəki erməni lobbisinin şüarı olan “etnik təmizlik”də ittiham ediblər.
Maraqlı məqam isə aksiyaya dünyaca məşhur “iqlim aktivisti” Qreta Tunberqin rəhbərlik etməsidir.
O, Gürcüstanda keçirilən parlament seçkilərinin nəticəsinə qarşı olan avropayönümlü kəsimin təşkil etdiyi aksiyalara qoşulmaq üçün Tbilisiyə gəlib.
Burada bir sıra “fəalların” COP29-a qarşı çağırışlarına qoşulub.
Tunberq Bakıya qarşı mövqe sərgiləmək məqsədilə COP29-u boykot etmək üçün Gürcüstandan Ermənistana gedib.
“İqlim aktivisti” İrəvanda bir sıra anti-Azərbaycan tədbirlərinə qatılıb. Qreta Tunberqin aksiyalarının məqsədi nədir?