“Avropanın müdafiə dilemmaları: NATO nun inamı və avropalıların qorxusu“ “Politico“ | Icma…
Moderator.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
"NATO prosesləri mükəmməl işləyir və amerikalılar praktik olaraq bütün öhdəlikləri yerinə yetirirlər..." ABŞ qoşunlarının Avropadan çıxarılması ilə bağlı müzakirələr fonunda NATO-nun Avropadakı Birgə Silahlı Qüvvələrinin ali baş komandanı, general Aleksus Qrinkeviç qitənin müdafiə baxımından "tam hazır" olduğunu bildirib.
Moderator.az xəbər verir ki, bu barədə "Politico" nəşri yazıb.
"Avropa özünü müdafiə edə bilər" General vurğulayıb ki, Avropa və Kanada mövcud böhranları qarşılayacaq gücdədir və siyasi gərginliklər, xüsusilə Ukrayna üzrə danışıqlar ətrafındakı mübahisələr Alyansın əməliyyat qabiliyyətinə təsir etmir.
ABŞ prezidenti Donald Trampın hazırladığı yeni təhlükəsizlik strategiyası çərçivəsində Amerika hərbçilərinin bir hissəsinin Avropadan Hind-Sakit okean regionuna yönləndirilməsi gözlənilir.
Bu, qitədə müəyyən narahatlıq yaratsa da, NATO rəsmiləri həm proseslərin normal işləndiyini, həm də ABŞ-ın öhdəliklərinə sadiq qaldığını vurğulayırlar.
Polşa müdafiə nazirinin müavini Pavel Zalevski də bildirib ki, "NATO prosesləri mükəmməl işləyir və amerikalılar praktik olaraq bütün öhdəlikləri yerinə yetirirlər".
Bununla belə, Qrinkeviç Rusiyanın yaxın perspektivdə NATO-nun kollektiv müdafiə sistemini "yoxlamağa" cəhd göstərə biləcəyindən narahat olduğunu etiraf edib.
Tam oxu
Xəbəri oxu