Avropanın müdafiə komissarı: AB nin Ukrayna üçün öz planı olmalıdır

05.12.2025

Icma.az, Apa.az portalına istinadən məlumat verir.

Avropa İttifaqının müdafiə komissarı Andrius Kubilius bildirib ki, Avropa Ukraynadakı münaqişənin həlli üçün öz planını hazırlamalıdır.

APA xəbər verir ki, bu barədə Avropanın "Politico" qəzeti məlumat yayıb.

Avropa komissarının sözlərinə görə, Avropa Birliyi geosiyasi inkişaflarda, o cümlədən Ukraynada sülhə nail olmaq üçün öz planlarına sahib olmaqda güclü mövqe tutmağa hazır olmalıdır.

O qeyd edib ki, Brüssel "Amerikalı dostları" tərəfindən hazırlanmış plana əlavə olaraq, Avropa ölkələri tərəfindən hazırlanmış təşəbbüsü müzakirə etmək imkanına malik olmalıdır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью