Avropanın müdafiəsi üçün yeni fond yaradılır

08.03.2025

Icma.az bildirir, Azpost saytına əsaslanaraq.

“Böyük Britaniya Avropanın müdafiəsini gücləndirmək üçün fondun yaradılması ideyasını dəstəkləyir. London belə bir sistemə qoşulmağa hazırdır”.

Teleqraf xəbər verir ki, bunu Britaniyanın xarici işlər naziri Devid Lammi “Financial Times” qəzetinə müsahibəsində bildirib.

Nazir qeyd edib ki, Avropanın müdafiəsini təmin etmək üçün yeni çoxtərəfli fond lazım olacaq. Eyni zamanda, Britaniya hərbi xərclərin birgə maliyyələşdirilməsinə qoşulmağa hazırdır.

“Bizə bu sahədə daha çoxtərəfli mexanizmlər lazımdır. Biz bu təşəbbüslərə açığıq, çünki biz Avropanın müdafiəsindən danışırıq”, – Lammi bildirib.

Paylaş

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью