Avropanın pul siyasətinin yeni rəhbəri ispaniyalı olacaq?

26.11.2026

Icma.az, Banco.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avropanın pul siyasətinin yeni rəhbəri ispaniyalı olacaq?

Banco.az xəbər verir ki, mənbələrin məlumatına görə, Niderland ispaniyalı Pablo Ernandes de Kosun Avropa Mərkəzi Bankının (AMB) prezidenti vəzifəsinə gətirilməsinə razılıq verib. Niderland hökuməti daha əvvəl öz namizədi Klaas Knotu irəli sürmüş və təyinat prosesinin aparılmasına etirazını bildirmişdi. Buna səbəb Paris və Berlin arasında əvvəlcədən razılıq əldə edildiyi barədə iddialar olub.

Almaniya Markus Brunnermeieri AMB-nin baş iqtisadçısı vəzifəsinə, Fransa isə Lorens Bununu bazarlar üzrə rəhbər vəzifəsinə namizəd göstərib.

Brüsseldə keçiriləcək sammitdə yaxın saatlarda rəsmi tövsiyə qərarının açıqlanacağı gözlənilir.

İspaniya Mərkəzi Bankının keçmiş rəhbəri, hazırda Beynəlxalq Hesablaşmalar Bankının (BIS) prezidenti vəzifəsini icra edən De Kos 21 üzv ölkəni və 350 milyon əhalini əhatə edən bölgənin pul siyasətinə rəhbərlik edəcək. Onun əsas vəzifələri arasında hədəf göstəricinin iki misli səviyyəsində olan inflyasiyanın cilovlanması və yeni dövlət borcu böhranı riskinin qarşısının alınması yer alacaq.

Bizi sosial şəbəkələrdən izləyin!!

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью