Avropanın qaz anbarlarında həyəcan: bir ayda 10 milyard kubmetr azaldı

29.11.2026

Olke.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Ölkə.az xəbər verir ki, bu barədə "Gas Infrastructure Europe" ("GIE") qurumunun məlumatları sübut edir. Qaz anbarlarının doluluq səviyyəsi Almaniyada 53,75 faiz, Niderlandda 56,75 faiz, Fransada isə 70 faizdən aşağı təşkil edir. Ehtiyatların sürətlə azalması qış dövründə Avropanın qazla təminatı ilə bağlı narahatlıqları daha da gücləndirir.

Qeyd edək ki, payız-qış mövsümünün başlanğıcında və soyuq havaların təsiri ilə yeraltı qaz anbarlarından (YQA) çəkilən həcmlərin artması enerji bazarlarında tələb-təklif balansına birbaşa təsir göstərir.

Xüsusilə Almaniya, Niderland və Fransa kimi böyük istehlak və tranzit bazarlarında anbarların doluluq səviyyəsinin nisbətən aşağı düşməsi qış ayları boyunca qiymət dalğalanmaları, mayeləşdirilmiş təbii qaz (LNG) tədarükü marşrutlarının yüklənməsi və alternativ mənbələrin rolunu ön plana çıxarır.

Qış mövsümünün qarşıdakı həftə və aylarında hava temperaturunun kəskin aşağı düşməsi halında ehtiyatların daha da sıxışdırılması və enerji təhlükəsizliyi üzrə əlavə tədbirlərin görülməsi ehtimalı diqqət mərkəzində saxlanılır.(Musavat.com)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью