Avropanın qorxusu: Tramp geri çəkilmək üçün...

29.04.2025

Axar.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Kiyev və onun avropalı müttəfiqləri Vaşinqtonun bu həftə Ukraynada sülh danışıqlarından çıxa biləcəyindən ehtiyat edirlər.

Axar.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın “Faynənşl Tayms” qəzeti Ukrayna rəsmilərinə və onların qərbli həmkarlarına istinadən yazıb.

“Rusiyanın ABŞ Prezidenti Donald Trampın təklifləri ilə razılaşa biləcəyini düşünənlər var” deyən nəşrin mənbələrindən biri əlavə edib ki, hələlik planın real işləməsi üçün heç nə hazır deyil.

"Onun bəzi elementləri həqiqətən yaxşıdır, lakin indi problem Amerika administrasiyasının səbrinin olmamasıdır”, - mənbə vurğulayıb.

Bundan əlavə, mənbələr qeyd edib ki, Tramp danışıqlardan geri çəkilmək üçün bəhanəsi olacaq bir vəziyyət hazırlayır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью