Avropanın Qrenlandiya TRAGİKOMEDİYASI Danimarkadan sonra bu ölkələr HƏDƏFDƏDİR | Icma.az
Bizim media portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Tramp adminstrasiyasının Danimarkaya məxsus Qrenlandiyanı ABŞ-a birləşdirmək planı ilə bağlı situasiya gərginləşməyə doğru gedir.Bu vəziyyət Avropanı çətin duruma salıb.
Köhnə qitənin bir sıra ölkələri guya Qrenlandiyanı müdafiə adı altında adaya çox cüzi sayda qoşun yerləşdiriblər.
Belə ki, Fransa və Almaniya adaya 15, Norveç 2, İsveç 3, Birləşmiş Krallıq 1, Finlandiya 2, Niderland isə 1 hərbçi göndərib.
Ardınca məlumatlara görə, Berlin adaya göndərdiyi 15 nəfərlik hərbi heyəti təcili geri çağırıb.
Amma alman hərbçilərin Qrenlandiyanı qəfil tərk etmələrinin səbəbi hələlik açıqlanmayıb.
Qrenlandiyanı təhdidlərdən qoruyacaqlarını bəyan edən Avropanın adaya olduqca cüzi sayda kontingent göndərməsi istər-istəməz “köhnə qitə”nin nə dərəcədə zəif, çıxılmaz durumda olması ilə müzakirələrə səbəb olub.
Anoloji olaraq, Berlinin kontingenti göndərib, üstündən iki gün keçəndən sonra geri çağırması da Almaniyanın zəifliyinin, qorxaqlığının göstəricisidir.
Tam oxu
Xəbəri oxu