Avropanın Rusiya ilə bağlı yeni planı açıqlandı | Icma.az
GlobalInfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“Rusiyaya qarşı 18-ci sanksiyalar paketinin hazırlanması kontekstində, dondurulmuş aktivlərindən istifadə nəzərdən keçirilmir”.
Globalinfo.az xəbər verir ki, bunu Avropa Komissiyasının rəsmi nümayəndəsi Paula Pinyo deyib.
“Avropa Komissiyasının sədri artıq bəzi elementləri açıqlayıb”, – o bildirib.
Qeyd edək ki, bundan əvvəl təşkilşatın sədri Ursula fon der Leyen qarşıdan gələn sanksiyalarla bağlı məlumat vermişdi.
Onun sözlərinə görə, Rusiya neftinin ixracına yeni məhdudiyyətlər, qiymət limitinin sərtləşdirilməsi, digər əlavə tədbirlər bura daxildir.
Xatırladaq ki, bu həftə Avropa İttifaqı (Aİ) ölkələri 17-ci sanksiyalar paketini təsdiqləyib.
Əliyar Xəlil Globalinfo.az Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu