Oxu.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Baku TV-nin "Bizdən nə danışırlar?" verilişinin yeni buraxılışı yayımlanıb.
Verilişdə bildirilib ki, bir sıra mətbu orqanlar Azərbaycan Prezidentinin "Azərbaycan rəhbərliyi ilə səhər yeməyi" adlı tədbirdə söylədiklərinə, xüsusilə Azərbaycan neftinin gələcəyinə dair fikirlərinə diqqət ayırıblar.
Avropanın Rusiyadan asılılığının azaldılmasında Azərbaycanın rolu
Vesti.ru, Life.ru, "Komsomolskaya pravda", "Vzqlyad" kimi portal və mənbələrdə Prezident İlham Əliyevin Azərbaycanda ikinci neft bumunun baş verə biləcəyinə dair fikri manşetə çıxarılıb.
Qeyd edilib ki, qaz hasilatının artması fonunda hazırda ölkə "qara qızıl"ın hasilatını azaldır. Lakin neft hasilatını sabitləşdirmək, hətta artırmaqla bağlı planlar var.
Rumıniyanın aparıcı xəbər portallarından biri olan HotNews.ro-da dərc edilmiş analitik məqalədə Avropa enerji gündəmində diqqətçəkən bir ziddiyyət ön plana çıxarılıb.
Məqalənin müəllifi, iqtisadi mövzular üzrə ixtisaslaşmış rumıniyalı jurnalist Florentina Çernat bu paradoksu regional enerji axınları və qonşu ölkələrlə əməkdaşlıq kontekstində təhlil edib.
Analitik təhlildə regional əməkdaşlıq amili xüsusi yer tutur. Bildirilib ki, Xəzər regionunun aparıcı qaz ixracatçısı olan Azərbaycan son illər Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan tərəfdaşlardan birinə çevrilib.