Newscenter.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
"Avropa Şurası və Avropa Parlamenti kimi qurumların fəaliyyətinə qiymət verərkən əsas meyar kimi həmin qurumların beynəlxalq hüquqa, insan hüquqlarının və dövlətlərin suverenliyinə münasibət götürülməlidir. Çünki Ermənistan-Azərbaycan münaqişəsi prosesində beynəlxalq təşkilatların qəbul etdiyi qərarlarının icrasına təsir göstərməsi və bəzi dəyişikliklərdə selektiv yanaşmasına gətirib çıxarması ciddi suallar doğurur".
Newscenter.az xəbər verir ki, bunları Milli Məclisin deputatı Nəsib Məhəməliyev deyib. Onun sözlərinə görə, Avropa Şurası 2023-cü ildə qəbul edilmiş qərarında Azərbaycanın ərazisi barədə məsələyə toxunsa da, lakin parlament seçkilərində xüsusi siyasi vurğulara üstünlük verib:
"Avropa Şurası, Avropa Parlamentinin fonunda beynəlxalq münasibətlərdə ikili standartların aradan qaldırılması üçün insan hüquqları və beynəlxalq hüquq prinsipləri bütün dövlətlərə eyni qaydada tətbiq olunmalıdır. Əks halda, bu qurumların obyektivliyinə və beynəlxalq nüfuzuna dair mübahisələr daha da dərinləşə bilər".
Süleyman