Fanat saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“Bildiyiniz kimi, "Qarabağ” Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) futbol klublarının iqlim dəyişikliyi ilə mübarizədə birgə alyans yaratması təşəbbüsü ilə çıxış edib.
Bu da COP29 və BMT-nin İdman və İqlim Dəyişikliyi üzrə Departamenti (UNFCCC) tərəfindən dəstəklənib”.
Fanat.Az xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında “Qarabağ”ın İdarə Heyətinin üzvü Asif Əsgərov Ağdam təmsilçisinin iqlim dəyişikliyi ilə mübarizədə futbol klublarının birgə alyans yaratması təşəbbüsü ilə çıxış etməsi barədə danışarkən deyib.
O bildirib ki, “Qarabağ” bu tədbiri Avropa Klublar Birliyi (ECA) ilə birgə təşkil edir: “Avropanın sayılıb-seçilən klubları dəvətimizi müsbət qarşıladılar.
Onu deyə bilərəm ki, əsasən Avropada iqlim dəyişikliyi ilə bağlı böyük işlər görən klublara üstünlük vermişik.
Təqribən 10-12 təmsilçi paytaxtımıza səfər edəcək və müzakirələr aparacaqlar. Ümid edirəm ki, sonda bəyannamə imzalaya biləcəyik.
Növbəti hədəf klub sayının artırılması və götürülmüş öhdəliklər üzərində olacaq”.