Avropanın təhlükəsizliyini təmin etmək üçün... Rutte

08.03.2025

Icma.az bildirir, Axar.az saytına əsaslanaraq.

Avropanın təhlükəsizliyini təmin etmək üçün sözügedən regionda yerləşən ölkələrin müdafiə büdcələrini artırmaq və hərbi texnika istehsalını genişləndirmək lazımdır.

Axar.az "Röyters"ə istinadən xəbər verir ki, bunu NATO Baş katibi Mark Rutte deyib.

"Təhlükəsizliyimizi təmin etmək üçün daha çox xərcləməli olacağıq. Biz həm də Atlantikanın hər iki tərəfində müdafiə istehsalımızı sürətlə artırmalıyıq”, - o vurğulayıb.

Qeyd edək ki, Avropa ölkələri ABŞ Prezidenti Donald Trampın Kiyevə hərbi yardımı dayandırmaq qərarı şəraitində müdafiə xərclərini artırmağa və Ukraynaya dəstəyi qoruyub saxlamağa çalışırlar.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью