Icma.az, Olke.az portalına istinadən məlumat yayır.
Bəzi Avropa liderləri ötən həftə təcili şam yeməyində ABŞ prezidenti Donald Trampa qarşı gizli bir plan hazırlayıblar.
Ölkə.Az-ın məlumatına görə, bu barədə "The New York Times" qəzeti hakim dairələrdəki mənbələrə istinadən bildirib.
Jurnalistlər açıqlayıblar ki, "Avropa liderlərinin planı Trampın gələcək təxribatları zamanı sakit qalmaq və cavab tarifləri ilə hədələməkdir".
Qeyd olunur ki, bundan əlavə, Avropa liderləri ticarət münasibətlərini şaxələndirmək, silahlı qüvvələrini təkmilləşdirmək və Amerika texnologiyasından asılılığı azaltmaq üçün çalışaraq Avropanı ABŞ-dən hərbi və iqtisadi cəhətdən daha az asılı etməyi planlaşdırırlar.
Danimarkanın Baş naziri Mette Frederiksen daha əvvəl bildirib ki, ölkə Vaşinqtonun Qrenlandiyada hərbi bazalar tikməsinə imkan verən ABŞ ilə müdafiə müqaviləsini yenidən nəzərdən keçirə bilər. Baş nazir vurğulayıb ki, NATO-nun baş katibi Mark Rutte Kopenhagen adından danışıqlar apara bilməz.