Avropanın üç nəhəngi 18 yaşlı fransıza elçi düşüb

09.12.2025

sport24.az saytına istinadən Icma.az xəbər verir.

Madrid "Real"ı, "Arsenal" və "Mançester Yunayted" "Lill"in yarımmüdafiəçisi Əyyub Buhaddini transferində maraqlıdır. Sport24.az xəbər verir ki, bu barədə "Footmercato" məlumat yayıb.

Mənbənin sözlərinə görə, "Lill" təxminən 60 milyon avroluq təklif alacağı təqdirdə 18 yaşlı fransız futbolçunu buraxmağa hazırdır. Adı qeyd olunan klubların rəsmiləri artıq keçidlə bağlı Fransa təmsilçisinin prezidenti Olivye Letanq ilə danışıqlara başlayıblar.

Qeyd edək ki, yarımmüdafiəçi dekabrın 5-də "Lill"lə müqaviləsini 2029-cu ilin yayına qədər uzadıb. Buhaddi cari mövsümdə 18 matçda meydana çıxıb və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью