Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“The New York Times” (NYT) qəzeti ABŞ Konqresindəki Kiyev tərəfdarlarına istinadən yazır ki, Ağ evdə Ukraynaya növbəti hərbi yardım paketi ilə bağlı ciddi müzakirələr “faktiki olaraq aparılmır”.
Qəzetin yazdığına görə, avropalı rəsmilər də ABŞ-dan Ukraynaya kəşfiyyat məlumatlarını ötürməyə davam edəcəklərinə dair zəmanət almayıblar.
Bütün bunların da fonunda Ukrayna və onun müttəfiqləri ABŞ-ın yardımının mümkün kəsilməsinə hazırlaşmağa başlayıblar.
Bu günlərdə ABŞ prezidenti Donald Tramp bildirib ki, münaqişənin həlli üzrə danışıqlar nəticə verməsə, Kiyevə hərbi tədarükləri dayandıra bilər.
Dövlət Departamenti də təsdiqləyib ki, tərəflərdən biri və ya hər ikisi əməkdaşlıqdan imtina edərsə, Vaşinqton münaqişənin həlli istiqamətində səylərə rəhbərlik etmək niyyətində deyil.
“The Economist” qəzeti də yazıb ki, prezident Trampın köməkçiləri Avropanın Ukraynanı gücləndirmək cəhdlərindən “boğaza yığılıblar”.
Ancaq “Qoca qitə”də tam fərqli mövqe sərgiləyirlər. Məsələn, Avropa diplomatiyasının rəhbəri Kaja Kallas 2025-ci ildə Avropa İttifaqının Ukr