Olke.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
"Avropa tərəfinin "qırmızı xətt" deyəndə ilk növbədə Ukraynanın işğal olunmuş ərazilərinin Rusiyanın ərazisi kimi tanınmaması məsələsi dayanır".
Ölkə.az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında politoloq Natiq Miri Avropanın Ukraynada müharibənin dayandırılması üçün ABŞ-a təqdim etdikləri "qırmızı xətt"də nələrin əks olunduğu barədə danışarkən deyib.
Natiq Miri bildirib ki, Moskva Krımın Rusiya ərazisi olmasının həm ABŞ, həm də Ukrayna tərəfindən tanınmasını istəyir: "Habelə, 4 vilayət, Donetsk, Luqansk, Zaporejye və Xersonun bütün ərazilərinin də Rusiya ərazisi kimi tanınmasını istəyir.
Düşünürəm ki, Avropa "qırmızı xətlər" deyəndə bunları nəzərdə tutur.
Çünki bu məsələdə güzəştə gedilsə, Rusiya perspektivdə güclənərək iştahını Avropaya doğru daha da artıra bilər.
Ona görə də ərazi məsələsi Avropa üçün "qırmızı xətdir". Politoloqun fikrincə, Ukrayna ordusunun sayının azaldılması da Avropa üçün "qırmızı
Ona görə də Ukraynada güclü ordunun olması Aİ-nin maraqları kontekstindədir.