Avropanın yaşıl meydanlarında bu gecə keçiriləcək görüşlərin AFİŞASI

30.12.2024

Oxu.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bu gecə Avropanın yaşıl meydanları maraqlı futbol tamaşalarına ev sahibliyi edəcək.

Oxu.Az xəbər verir ki, İngiltərə Premyer Liqasının 19-cu turu çərçivəsində daha üç qarşılaşma keçiriləcək.

"Aston Villa" öz meydanında "Brayton"u, "İpsviç" "Çelsi"ni, "Mançester Yunayted" "Nyukasl"ı qəbul edəcək.

Bu gecə, həmçinin İtaliya A Seriyasında da 18-ci turun oyunları keçiriləcək.

"Komo" öz meydanında "Leççe", "Bolonya" "Verona" ilə qarşılaşacaq.

İngiltərə Premyer Liqası

30 dekabr

23:45, "Aston Villa" - "Brayton"

23:45, "İpsviç" - "Çelsi"

31 dekabr

00:00, "Mançester Yunayted" - "Nyukasl"

İtaliya A Seriyası

30 dekabr

21:30, "Komo" - "Leççe"

23:45, "Bolonya" - "Verona"

Qeyd edək ki, oyunların başlama saatı Bakı vaxtı ilə göstərilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью