Avropanın yeni ulduzu Nəhənglər qapıya düzülüb

09.10.2025

Icma.az bildirir, Metbuat portalına istinadən.

Avropa klubları "Bavariya"da çıxış edən Oliseni transfer etmək üçün hərəkətə keçib.

Metbuat.az xəbər verir ki, "Liverpul", "Mançester Siti", "Çelsi" və PSJ futbolçunun xidmətində maraqlıdır. Bildirilir ki, klublar ulduz futbolçu üçün 100 milyon avro ödəməyə razılıq verib. Futbolçunun hazırkı 12 milyon avro maaşı dünyanın ən böyük klublarından birində onun səviyyəsindəki oyunçu üçün nisbətən aşağı məvacib hesab olunur. Bildirilir ki, Olise “Kristal Pelas”da çıxış edərkən “Çelsi”nin təklifini rədd etmişdi. Ardınca o “Bavariya” klubuna transfer olub.

Qeyd edək ki, Olise bu mövsüm "Bavariya"nın heyətində 11 dəfə fərqlənib. Onun “Bavariya” ilə müqaviləsi 2029-cu ildə yekunlaşır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью