Icma.az, Report.az portalına istinadən məlumatı açıqlayır. Dünyanın ən nüfuzlu tədbirlərindən biri olan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçi
Azərbaycan bu mötəbər tədbirə yaşıl gündəliyi ilə öncədən hazırlıq görüb.
2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi də bu istiqamətdəki qətiyyətimizin göstəricisidir.
Azərbaycanın “yaşıl enerji” sahəsində beynəlxalq əməkdaşlığı 2022-ci ilin dekabrında Buxarestdə Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında imzalanmış strateji tərəfdaşlıq sazişi ilə mühüm mərhələyə qədəm qoyub.
Razılaşma çərçivəsində Qara dənizin altından keçəcək 1000 MVt gücündə və 1195 kilometr uzunluğunda “Black Sea Energy” elektrik kabelinin çəkilməsi planlaşdırılır.
Bu kabel Azərbaycanda istehsal olunan “yaşıl elektrik enerjisi”ni Gürcüstan və Qara dəniz vasitəsilə Rumıniya, Macarıstan və daha geniş Avropa bazarına çatdıracaq.
Bu saziş Azərbaycanın iqtisadi gücünün və beynəlxalq aləmdəki strateji əhəmiyyətinin bariz nümunəsidir.
Avropanın enerji təhlükəsizliyini təmin etmək baxımından bu layihə böyük maraq doğurub.