Avropaya qaz ixracı artdı

15.01.2025

Icma.az, Teleqraf.com portalına istinadən məlumat yayır.

Azərbaycandan ötən il Avropaya təxminən 12,9 mlrd. kubmetr qaz ixrac olunub, bu da illik müqayisədə 9,3% artım deməkdir.

Teleqraf.com xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında yazıb.

Hesabat dövründə Türkiyəyə 9,9 mlrd. kubmetr, Gürcüstana isə 2,4 mlrd. kubmetr qaz ixrac olunub. “Bu dövrdə TANAP-la Türkiyəyə 5,6 mlrd. kubmetr qaz nəql edilib. Ötən il xaricə qaz satışı 2023-cü illə müqayisədə təqribən 5,8 % çoxdur”, - paylaşımda qeyd olunur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью