Avropda ən çox maaş alan futbolçu kimdir? FOTO

01.12.2024

Manset saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İngiltərənin "Liverpul" klubunun futbolçusu Məhəmməd Salah Fransa çempionu PSJ-yə keçərək Avropada ən çox maaş alan oyunçu ola bilər.

Manset.az xəbər verir ki, bu barədə "El Nacional" nəşri məlumat yayıb.

Paris təmsilçisinin prezidenti Nasser Əl-Xelaifi 32 yaşlı hücumçunu transfer etməyə çalışacaq. Klub misirli forvarda ildə 40 milyon avro maaş verməyə hazırdır.

Beləliklə, o, Avropada ən çox məvacib alan futbolçu ola bilər.

Qeyd edək ki, Salah bu mövsüm İngiltərə Premyer Liqasında 12 matçda 10 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb. Təcrübəli oyunçunun Mersisayd təmsilçisi ilə müqaviləsinin müddəti 2025-ci ilin yayında başa çatacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью