Avroplı səfir sülh istədiyini deyib

01.01.2025

Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Avropa İttifaqı Cənubi Qafqaz regionunda bərqərar olması prosesini dəstəkləyir".

"Cebheinfo.az" xəbər verir ki, bu barədə Aİ-nin Ermənistandakı səfiri Vasilis Maraqos Yeni il və Milad bayramı münasibətilə təbrik məktubunda bildirib.

O, 2024-cü ilə  yekun vurub və diqqəti Ermənistanla Aİ arasında əməkdaşlığın həyata keçirildiyi sahələrə yönəldib.

Marqaros xatırladıb ki, Aİ Qarabağdan gedən ermənilərə  70 milyon avro yardım edib.

“Biz Ermənistan üçün Avropa Sülh Fondunu işə saldıq və Aİ-nin Ermənistandakı missiyasını dəstəkləməyə davam etdik. Biz Ermənistan Respublikası ilə viza rejiminin liberallaşdırılması üzrə dialoqa başlamışıq ki, bu da mobillik və təhlükəsizlik üçün bütün lazımi şərait təmin edildikdə Ermənistan vətəndaşlarına vizasız səyahət etmək imkanı verəcək”, - səfir bildirib. 

Xəzər 
"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью