Avropol qanunsuz molyusk ticarəti ilə məşğul olan şəbəkəni ifşa edib AZƏRTAC

20.12.2024

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 20 dekabr, AZƏRTAC

Avropa polis təşkilatı Avropol qanunsuz molyusk ticarəti ilə məşğul olan şəbəkəni ifşa edib.

AZƏRTAC xəbər verir ki, İspaniya, Fransa və Portuqaliyada keçirilmiş əməliyyatlarda 62 nəfər saxlanılıb, 6 tondan çox molyusk müsadirə edilib. ələ keçirilən məhsulun bazar dəyəri 10 milyon avrodan çoxdur.

Avropolun məlumatına görə molyusklar İspaniya sularında, ovun qadağan edildiyi ərazilərdə tutularaq Asiya məhsulu kimi sənədləşdirilib. Çirklənmənin yüksək olduğu ərazilərdə tutulduğundan məhsul istifadəyə tam yararsız olub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью