Avroviziya 2025 : Böyük Britaniya yenə təəccübləndirdi...

19.05.2025

Lent az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Bazel" şəhərində keçirilən "Avroviziya-2025" musiqi müsabiqəsində Böyük Britaniya yenidən diqqət mərkəzində olub – amma bu dəfə də xoş olmayan səbəbdən.

Lent.az xarici mediaya istinadən  xəbər verir ki, ölkəni təmsil edən Remember Monday adlı qadın triosu “What the Hell Just Happened?” (“Nə baş verdi belə?”) adlı mahnı ilə çıxış etsə də, tamaşaçılardan sıfır xal alıb. Lakin qrup tamamilə xalsız qalmayıb – münsiflər heyəti britaniyalılara 88 xal verib.

Bu, artıq ardıcıl ikinci ildir ki, Böyük Britaniya təmsilçiləri tamaşaçı səsverməsində sıfır xal alırlar. 2024-cü ildə Olly Alexander “Dizzy” (“Başım gicəllənir”) adlı mahnısı ilə eyni aqibəti yaşamış, tamaşaçılardan heç bir xal ala bilməmiş, lakin münsiflərdən 46 xal qazanmışdı.

İfaçıların reaksiyası

Remember Monday qrupunun üzvləri – Loren Birn, Holli-Ann Hall və Şarlott Stil – pərəstişkarlarına dəstəyə görə təşəkkür edərək musiqi karyeralarını davam etdirəcəklərini bildiriblər. Onlar yeni musiqilər, Böyük Britaniya və İrlandiya turu, həmçinin Wembley Stadionunda keçiriləcək Summertime Ball tədbirində çıxışlarını elan ediblər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью