Avroviziya 2025 də final həyəcanı başladı CANLI

17.05.2025

GlobalInfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İsveçrənin Bazel şəhərində “Avroviziya-2025” mahnı müsabiqəsinin finalı başlayıb.

Globalinfo.az xəbər verir ki, finalda 26 ölkə mübarizə aparır.

Fransa, Almaniya, İspaniya, İtaliya, Böyük Britaniya və ev sahibi İsveçrə birbaşa finala çıxıb. Norveç, Albaniya, İsveç, İslandiya, Niderland, Polşa, San Marino, Estoniya, Portuqaliya və Ukrayna təmsilçiləri  birinci yarımfinalda, Litva, İsrail, Ermənistan, Danimarka, Avstriya, Lüysemburq, Finlandiya, Latviya, Malta və Yunanıstan isə ikinci yarımfinalda qalib gələrək finala vəsiqə qazanıblar.

Aysel Əliyeva
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью